Azərbaycan dili, özünü ifadə və öyrənmə yolu
Skool icması: Rəvanə Asiman 👣
Öyrənməyi, öyrətməyi, mütaliəni, araşdırmağı, dili və yaşamağı sevən insanların məkanı📍
“Azərbaycan dilində özünü ifadə bacarığını birlikdə inkişaf etdirək”
Rəvanə Asiman
Rəvanə Asiman kimdir?
Öyrənməyi, öyrətməyi, mütaliəni, araşdırmağı, dili və yaşamağı sevən bir insanam.
2017-ci ildən bəri Azərbaycan dili və ədəbiyyat müəllimi, təlimçi, mentor və layihə koordinatoru kimi çalışaraq öyrənmə prosesini sistemləşdirmə və fərdi inkişaf mövzularında zəngin təcrübə toplamışam.
Fərdi xidmətlər və mentorluq
Azərbaycan dilində özünü ifadə və öyrənmə yolunda çətinlik çəkənlər üçün problemə kənardan baxmaq, kök səbəbi görmək və davamlı sistemi qurmaq məqsədilə fərdi bələdçilik proqramları.
Fərdi konsultasiya
Azərbaycan dilində özünü ifadə və öyrənmə yolunda çətinlik çəkənlər üçün problemə kənardan baxmaq, kök səbəbi görmək və növbəti addımı aydınlaşdırmaq.
Kimlər üçündür?
- Azərbaycan dilində nitqini analiz edib inkişaf etdirmək istəyənlər
- Özünü ifadə etməkdə çətinlik çəkənlər
- Vərdişlərini formalaşdırmaq, gündəlik həyatını sistemə salmaq istəyənlər
- İmtahana hazırlaşarkən plan, fokus və davamlılıq problemi yaşayanlar
- Öyrənmə prosesində sistem qura bilməyən, başlayıb yarımçıq qoyanlar
1 aylıq fərdi mentorluq
Tək bir görüşlə yox, mütəmadi dəstək və müşayiət ilə sistemi qurmaq.
Nə qazandırır?
- Həftədə 1 dəfə fərdi görüş (cəmi 4 onlayn görüş)
- Özünü ifadə bacarığını addım-addım inkişaf etdirmək
- Azərbaycan dilində nitqini yenidən inşa etmək
- İşləyən vərdiş sistemi, fərdi izləmə mexanizmi, fokus və davamlılıq
- Öyrənmə prosesini sistemləşdirmək və ölçülə bilən nəticə görmək
Video dərslər və öyrənmə kursları
Azərbaycan dili fənni çətin deyil — ona fənn kimi yox, ruhumuzun mirası kimi baxanda, doğru metodlarla sevərək öyrənmək mümkündür.
Azərbaycan dili dərsləri — addım-addım
Azərbaycan dilinin qramatikasını addım-addım birlikdə öyrənək.
Mənimlə öyrən | Study with me ⏰
Real öyrənmə vaxtları, səssiz çalışma blokları və Pomodoro seansları ilə birlikdə fokuslanırıq.
Yazılar və düşüncələr
“Bəzi mövzular var ki, onları gərək sən yazasan, o mövzuları axtaranlar isə tapıb oxusunlar...”